METBUAT.AZ

Dünya

​2024-cü il ən isti il ​​kimi qeydə alındı

8 Yanvar 2025 17:52

2024-cü il ən isti il kimi qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Kopernik İqlim Dəyişikliyi Xidməti açıqlama verib. Bildirilib ki, 1850-ci ildən bəri qeydə alınan göstəricilərə görə, 2024-cü il ən isti il olub. 15,10 dərəcəlik qlobal orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 0,72 dərəcə, əvvəlki ən isti il olan 2023-cü ilin göstəricisindən isə 0,12 dərəcə yüksək olub. Beləliklə, 2024-cü il 1850-1900-cü illəri əhatə edən "sənayedən əvvəlki dövr"ün orta göstəricisini 1,5 dərəcə üstələyən ilk il oldu. 2024-cü il 2023-cü ildə qeydə alınan orta göstəricini 1,48 dərəcə üstələyib. 2024-cü ilin yayı həm də tarixdə ən isti yay olub.

Kopernik İqlim Dəyişikliyi Xidmətinin direktoru Karlo Buontempo bildirib ki, qlobal temperatur artımı ilə bağlı dövlətlər tədbirlər həyata keçirməlidir. Onun sözlərinə görə, dünyanın gələcəyi insanların öz əlindədir.


metbuat.az.