METBUAT.AZ

Dünya

ABŞ Panama kanalı üçün güc tətbiq edə bilər

8 Yanvar 2025 18:12

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp lazım gələrsə Panama kanalı və Qrenlandiyaya nəzarət etmək üçün əsgərlərdən istifadə edə biləcəyinə eyham edib.

Metbuat.az xəbər verir ki, Tramp Floridadakı Mar-a-Laqo şəhərciyində keçirdiyi mətbuat konfransında müzakirələrə səbəb olan Panama kanalı ilə bağlı fikirlərini bir daha gündəmə gətirib. O bildirib ki, Panama kanalı və Qrenlandiyaya nəzarət etmək ABŞ-nin iqtisadi təhlükəsizliyi üçün vacibdir. Panama kanalı və Qrenlandiyaya nəzarət etmək üçün əsgərlərdən istifadə edib-etməyəcəyinə dair suala Tramp, "Xeyr, bu ikisi ilə bağlı əsgərlərdən etməyəcəyimə dair sizə zəmanət verə bilmərəm. Bəlkə də nəsə etməli ola bilərik. Onlar bizim iqtisadi təhlükəsizliyimiz üçün lazımdır” - deyə cavab verib.

Panama kanalının ABŞ ordusu üçün tikildiyini, lakin bu kanalın Çinin nəzarəti altında olduğunu irəli sürən Tramp, Panama kanalının ABŞ üçün mühüm əhəmiyyət kəsb etdiyini ifadə edib.


metbuat.az.