METBUAT.AZ

Gündəm

Ağcabədidə xəsarət alanların vəziyyəti açıqlandı

31 Yanvar 2025 13:21

Ağcabədidə qumbaranın partlaması nəticəsində xəsarət alan 2 nəfərin vəziyyəti açıqlanıb.

TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlardan 1985-ci il təvəllüdlü (qadın cinsli) şəxsə aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü (qadın cinsli) azyaşlıya isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.

Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Sevinc İbrahimzadə / Metbuat.az


metbuat.az.