13 Yanvar 2025 10:24
Amerikalı sahibkar İlon Mask Kaliforniyanın Los-Anceles şəhərindəki meşə yanğınlarının iqlim dəyişikliyi ilə əlaqəli olub-olmaması məsələsinə şübhə ilə yanaşıb.
Metbuat.az xəbər verir ki, bu barədə iş adamı “X” sosial şəbəkəsində paylaşım edib. O qeyd edib ki, əgər iqlim dəyişikliyinin bu qədər təsirli olduğu doğru olsaydı, meşə sahəsi Kaliforniyadan iki dəfə böyük olan Texasda meşə yanğınlarının miqyası da ikiqat artıq görünməli idi.
Mask bildirib ki, iqlim dəyişiklikləri mövcuddur, lakin bu proses tədricən irəliləyir. Milyarder, həmçinin, Los-Ancelesdə yaranan vəziyyətin əsas səbəblərindən birinin kifayət qədər yanğınsöndürmə vasitələrinin və su ehtiyatının olmaması olduğunu əlavə edib.
Qeyd edək ki, Kaliforniya ştatının Los-Anceles dairəsini əhatə edən yanğınlar nəticəsində azı 24 nəfər həlak olub.