METBUAT.AZ

İdman

​Avropa nəhəngi Çempionlar Liqasından qovula bilər

8 Yanvar 2025 10:47

PSJ ilə keçmiş futbolçusu Kilian Mbappe arasında hüquqi mübahisə davam edir.

Metbuat.az xəbər verir ki, Mbappe keçmiş klubundan ümumilikdə 55 milyon avro tələb edir. PSJ isə bu ödənişləri etməməkdə israrlıdır və şifahi razılaşmaya əsaslandığını bildirir. Bundan əvvəl, Fransa Futbol Federasiyası isə PSJ-nin Mbappe qarşısında maaş öhdəliyini yerinə yetirmədiyinə qərar verib. Bildirilir ki, UEFA-nın maliyyə sabitliyi və klubların lisenziyalaşdırma qaydalarına görə, bu səbəblə qurum PSJ-ni Çempionlar Liqasından uzaqlaşdıra bilər. UEFA-nın qaydaları iştirakçı klubların işçilərinə bütün maaş və mükafatları vaxtında ödəməyi tələb edir. Klublar bütün maliyyə öhdəliklərini yerinə yetirdiklərinə dair sənədləri UEFA-ya təqdim etməlidirlər.

Qeyd edək ki, Fransa Futbol Federasiyası iki dəfə PSJ-nin Mbappe qarşısındakı maaş öhdəliklərini yerinə yetirmədiyinə dair qərar çıxarıb. PSJ-nin etirazları rədd edilib.


metbuat.az.