METBUAT.AZ

Siyasət

​“Azərbaycan erməni təxribatlarına cavab verəcək” –

9 Yanvar 2025 12:51

“Cənab prezident İlham Əliyevin vaxtaşırı mətbuata verdiyi müsahibələr bir qayda olaraq həm aktual, həm də aseptual məsələləri əhatə edir. Dünənki bir neçə saatlıq müsahibəsində cənab Prezident Azərbaycana aid olan həm daxili, həm xarici siyasətlə bağlı məsələlərlə bağlı çox dərin politoloji cavablar verdi. Bu, yetkin, təcrübəli, çoxməşğuliyyətli xalqın maraqlarına uyğun siyasət aparan bir dövlət rəhbərinin cavabları idi. Onların içərisində Ermənistanla münasibətlər, o cümlədən Zəngəzur dəhlizi məsələsinə də Prezident toxundu”.

Bu fikirləri millət vəkili Aydın Mirzəzadə Metbuat.az-a açıqlamasında ölkə başçısınıhn müsahibəsini şərh edərkən söyləyib.

O bildirib ki, Azərbaycanın bu məsələlərdə mövqeyi kifayət qədər aydındır:

“Azərbaycan eksklav Naxçıvan torpağı ilə əlaqələrinin birdəfəlik həll edilməsi məsələsini həmişə gündəliyə qoyub və təsadüfi deyil ki, beş il bundan əvvəl, 10 noyabr 2020-ciil üçtərəfli bəyannaməsində Naxçıvanla əlaqələr məsələsi xüsusi bənd kimi ora salınmışdı. Zəngəzru dəhlizi Azərbaycan üçün həyat məsələsidir. Düzdür, Zəngəzur, İrəvan, Göyçə tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycan xalqı ta qədimdən burada yaşayıb, ermənilər sonradan ora köçürülüblər. Zəngəzur dəhlizinin Ermənistandan keçməsi gün kimi aydındır və bu, təkcə Azərbaycanın deyil, Ermənistanın da maraqlarına xidmət edir. Bu dəhlizin açılması Ermənistan büdcəsinə əlavə gəlirlər gətirəcək, eyni zamanda Ermənistan insanlarının, şirkətlərinin Azərbaycan ərazisindən keçməklə Rusiyaya çox rahat bir yol əldə etməsinə səbəb olacaq. Bu dəhlizin açılması Azərbaycanla Ermənistan arasında münasibətlərin dərinləşməsinə, normal qonşuluq münasibətlərinin oturuşmasına gətirib çıxaracaq”.

Siyasətçinin sözlərinə görə, Ermənistanın həm iqtidarı, həm də müxalifəti Zəngəzur dəhlizi məsələsində hələ tərəddüd edirlər:

“Bu məsələyə heç də aidiyyəti olmayan bir çox bəhanələr ortaya atırlar. Amma hesab edirəm ki, gec tez Ermənistan bu dəhlizin açılması haqqında razılıq verməli olacaq. Çünki dəhlizin açılması onun özünü saldığı izolyasiyadan çıxmasına səbəb olacaq, ölkəsinə investisiyalar gətiriləcək. Azərbaycanla yanaşı, Türkiyə ilə ticarət əlaqələri qura biləcək. Ermənistan bu tərəddüdündən əl çəkməli və son sözünü deməyi bacarmalıdır. Təəssüf ki, Ermənistan bu gün xaricdə bəzi dövlətlərin və dairələrinin oyuncağına çevrilib, onların Azərbaycana qarşı apardığı məkrli siyasətin bir alətidir. Heç bir ehtiyac olmadan silahlanması Ermənistanın heç də xoş niyyətindən xəbər vermir. Ermənistanın dörd dövlətlə qonşudur və təkcə Azərbaycanla onun çox ağır münasibətləri var. Azərbaycan bu məsələnin birdəfəlik həlli üçün danışıqların intensivləşdirilməsinə həmişə öz xoş münasibətini bildirib. Bu yaxınlarda delimitasiya məsələsinə dair komissiyanın toplaşması da Azərbaycanın Ermənistanla normal qonşuluq münasibətləri qurmasının istəyini göstərir və cənab Prezidentin dediyi sözlər həmişə öz əksini tapır”.

Bəs sülh müqaviləsi imzalanmasa, Ermənistanın sərhəddə atəşkəsi pozması davam edəcək?

Millət vəkili cavab verib ki, bu, Ermənistan hakimiyyətində fikir ayrılığının göstəricisidir:

“Hətta Ermənistan iqtidarında belə Azərbaycanla münasibətlərə fərqli yanaşan mərkəzlər var və bunlar toqquşur. Həm də onlar bu yolla Azərbaycanı təxribata çəkmək istəyirlər. Bəlkə də çox istərdilər ki, Azərbaycan da Ermənistan ərazisinə hansısa bir iş görəydi və Ermənistan bunu əlində bayraq edəydi. Amma Azərbaycan ərazi bütövlüyü məsələsini, digər dövlətlərin ərazi bütövlüyünə hörməti özü üçün əsas hesab edir, Biz təxribata getməyəcəyik. Amma bununla belə, Ermənistan təxribatlarına da cavab verəcəyik. Ermənistan bu cür addımların - Azərbaycanla sülh müqaviləsinin uzadılmasının, Zəngəzur dəhlizi məsələsində tərəddüdün onun ziyanına işlədiyini hər halda düşülməlidir”.

Sevinc İbrahimzadə / Metbuat.az


metbuat.az.