METBUAT.AZ

Siyasət

Azərbaycan XİN Çinə başsağlığı verdi

7 Yanvar 2025 19:05

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şiqatse şəhərində baş vermiş dağıdıcı zəlzələ ilə bağlı Çinə başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb.

"Çinin Şiqatse şəhərində baş vermiş dağıdıcı zəlzələ bizi dərindən kədərləndirir. Dost Çinə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların və bu fəlakətdən zərər çəkənlərin tezliklə sağalmasını arzu edirik", - paylaşımda bildirilib.


metbuat.az.