10 Yanvar 2025 12:07
Metronun 2030-cu ilə qədər inkişafına dair yenilənmiş proqramına əsasən 2 stansiyanın tikintisinin tamamlanması planlaşdırılır.
Metbuat.az xəbər verir ki, bunu "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, bu sərnişin axınını da 88 milyon nəfərədək artırılacaq.
“Daha 2 stansiyanın tikintisinin tamamlanması, 1 stansiyanın təmirinin başa çatdırılması və 8 yeni stansiyanın inşası daxildir”,- deyə o qeyd edib.