METBUAT.AZ

Ölkə

​“BakuBus” avtobuslarında WiFi nə vaxt işləyəcək? -

23 Yanvar 2025 21:14

“BakuBus” MMC-nin avtobusları bir neçə il öncədən pulsuz WiFi xidmətinə qoşulub. Lakin avtobusda şəbəkənin olduğu görünsə də, internetdən yararlanmaq mümkün deyil. Bir sözlə, WiFi-nin adı var, özü yoxdur.

Bəs bu problem nə vaxt həllini tapacaq?

Məsələ ilə bağlı “BakuBus” MMC-nin Mətbuat Xidmətindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “BakuBus” üçün sərnişin məmnuniyyəti ən önəmli məsələdir və bu istiqamətdə davamlı addımlar atılır:

“Avtobuslardainternetə qoşulmaimkanları dasərnişinlər üçün əlavə bir xidmətdir. Lakin bildiyiniz kimi, bu imkanın yaradılmasımüəyyən bir maliyyə yükü daşıyır. Buna görə də iqtisadi cəhətdənəsaslandırılmalıdır və bu yükün mənbələri tapılmalıdır. Eyni zamanda texniki məsələlərin həllinin optimal yolu seçilməlidir. Hazırda hər iki istiqamətdə müzakirələr aparılır. Nəticələrə uyğun müvafiq addımlar atılacaqdır”.

Sevinc İbrahimzadə / Metbuat.az


metbuat.az.