METBUAT.AZ

Ölkə

Bu ərazilərdə su olmayacaq

31 Yanvar 2025 00:25

Qaradağ rayonunun bəzi yerlərində suyun verilişində fasilə yaranacaq.

Metbuat.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 10 ünvanında "Neftçi" MTK-ya məxsus 4 binanı qidalandıran xətdə baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar yanvarın 31-i axşam saatlarınadək bu ünvana suyun verilməsində fasilə yaranacaq.


metbuat.az.