METBUAT.AZ

İdman

Bu növdə ilk dəfə iki qalib oldu

1 Yanvar 2025 15:19

Şahmatın blits növü üzrə dünya çempionatına yekun vurulub.

Metbuat.az xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində təşkil edilən yarışda ilk dəfə 2 qalib olub. Norveçli Maqnus Karlsen və rusiyalı Yan Nepomnyaşi dünya çempionu adını qazanıblar.

Finalda üz-üzə gələn şahmatçıların dueli 3,5:3,5 hesabı ilə başa çatıb. Yekunda qrossmeysterlərin qarşılıqlı razılığı əsasında onlar titulun ortaq sahibi olublar. Bu, Maqnus Karlsenin təklifi əsasında gerçəkləşib.

Qeyd edək ki, Yan Nepomnyaşi rapid üzrə dünya çempionatında 3-cü yeri tutub. Maqnus Karlsen isə rəsmi geyim qaydalarını pozduğu üçün həmin yarışdan diskvalifikasiya edilib.


metbuat.az.