METBUAT.AZ

Ölkə

Bu rayonda 6 saat işıq olmayacaq

30 Yanvar 2025 11:00

Lənkəranda təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Metbuat.az xəbər verir ki, bu barədə "Azərişıq"dan bildirilib.

Məlumata görə, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından qidalanan 10 kV-luq 5 saylı hava xəttində aparılan təmir işləri ilə əlaqədar yanvarın 30-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək rayonun Digah, Şiləvar kəndlərində və Kürə adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


metbuat.az.