METBUAT.AZ

Gündəm

Dövlətə xəyanətə görə həbs edildi -

6 Yanvar 2025 11:01

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılmış daha bir xüsusi araşdırma nəticəsində həbs edilən şəxsin mühakiməsi başlayır.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, həmin şəxs Azərbaycan vətəndaşı Svetliçnıy İvan Nikolayeviçdir.

Nikolayeviçə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə araşdırılacaq.


metbuat.az.