METBUAT.AZ

Dünya

Dünyanın ən yaşlı insanı vəfat etdi

4 Yanvar 2025 16:38

Yaponiyada dünyanın ən yaşlı insanı kimi tanınan Tomiko İtuka 116 yaşında vəfat edib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, 1908-ci ildə Osakada anadan olmuş qadın yaşadığı qocalar evində ölüb.

O, 2024-cü ilin sentyabrında İspaniyanın Kataloniya əyalətinin Olot şəhərindən olan 117 yaşlı Maria Branyas Moreranın ölümündən sonra Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı insanı seçilib.


metbuat.az.