METBUAT.AZ

İdman

Elvin Cəfərquliyev "Qarabağ"dan gedir? - RƏSMİ

28 Yanvar 2025 22:39

Yerli KİV-də yayılan məlumatlara görə, Macarıstanın "Ferentsvaroş" klubu "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyevi heyətinə qatmağı planlaşdırır.

Bu barədə "Qarabağ"ın mətbuat katibi Anar Hacıyev Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu məsələ ilə bağlı kluba hər hansı rəsmi təklif gəlməyib.

Qeyd edək ki, "Ferentsvaroş" 2023-cü ilin yayında "Qarabağ"dan Kvabena Ovusunu transfer etmişdi.

Sevinc İbrahimzadə / Metbuat.az


metbuat.az.