METBUAT.AZ

Dünya

Ərdoğan Şeybani ilə görüşdü

15 Yanvar 2025 20:28

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın yeni administrasiyasının xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşüb.

Metbuat.az xəbər verir ki, Prezident Sarayında baş tutan görüş mətbuata qapalı keçirilib. Görüşdə Suriyanın Yeni Administrasiyasının müdafiə naziri Merhef Əbu Kasra və Baş Kəşfiyyat Təşkilatının direktoru Enes Hattabı da iştirak edib. Görüş zamanı Suriyadakı vəziyyət və ölkənin ərazi bütövlüyünün qorunması üçün atılacaq addımlar müzakirə edilib. Ərdoğan Əsəd rejiminin geridə böyük dağıntılar qoyduğunu, Türkiyənin qardaş Suriya xalqının ehtiyaclarını və ölkənin yenidən qurulması səylərini dəstəkləyəcəyini ifadə edib.

Ərdoğan Suriyaya qarşı beynəlxalq sanksiyaların qaldırılmasının vacibliyini vurğulayıb. Prezident Ərdoğan Suriyanın gələcəyində terror təşkilatlarına yer olmadığını bəyan edib.


metbuat.az.