METBUAT.AZ

Mədəniyyət

Fatma Mahmudovanın vəziyyəti açıqlandı

31 Yanvar 2025 17:17

İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın səhhəti yaxşılaşıb, palataya köçürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Report-a aktrisanın qızı Nigar Tofiq məlumat verib.

Onun sözlərinə görə, anası artıq palata şəraitində müalicə alır: "Yəqin ki, yaxın zamanlarda evə buraxılacaq".

Qeyd edək ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.


metbuat.az.