METBUAT.AZ

İqtisadiyyat

Fond dollar satışını artırıb

7 Yanvar 2025 10:31

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ötən ay 634,5 milyon dollar məbləğində vəsait satılıb.

Metbuat.az fondun yaydığı məlumata istinadən xəbər verir ki, bu, 2023-cü ilin dekabr ayı ilə müqayisədə 4,2 dəfə (484,6 milyon dollar) çoxdur.

2023-cü ilin dekabr ayında Dövlət Neft Fondu tərəfindən 149,9 milyon dollar məbləğində vəsait satılıb.


metbuat.az.