11 Yanvar 2025 16:56
Fransa Çadın Abeşe bazasından öz hərbçilərinin çıxarılmasını başa çatdırıb.
Metbuat.az “Report”a istinadla xəbər verir ki, baza Çad Silahlı Qüvvələrinin nəzarətinə keçib.
"Bir gün əvvəl bazadan ağır texnika, bu gün isə hərbçilər çıxarılıb", - nəşr qeyd edib.
Ötən il noyabrın 29-da Çad Fransa ilə müdafiə sazişinin ləğv olunduğunu elan edib və dekabrın 20-də Parisdən 31 yanvar 2025-ci ilədək bütün hərbçiləri ölkə ərazisindən çıxarmağı tələb edib.