METBUAT.AZ

Hadisə

Göyçayda zəhərlənən qızların vəziyyəti açıqlandı

22 Yanvar 2025 10:59

Xəbər verdiyimiz kimi, Göyçay rayonunda 5 tələbə qız zəhərlənib.

Metbuat.az tələbələrin vəziyyəti ilə bağlı TƏBƏB-ə sorğu göndərib.

Qurumdan bildirib ki, 21 yanvar 2025-ci il saat 13:00 radələrində 4 nəfər zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

Aparılan müayinələr nəticəsində onlara dəqiqləşdirilməmiş qastrit diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra pasiyentlər ambulator müalicə üçün evə buraxılıb.


metbuat.az.