13 Yanvar 2025 10:05
İran-Ermənistan Dostluq Qrupunun nümayəndələri üç günlük səfər məqsədilə İrəvana yollanıblar.
Metbuat.az xəbər verir ki, bu barədə İranın kütləvi informasiya vasitələri xəbər yayıb.
Bildirilib ki, sözügedən qrupun sədri, erməni əsilli Ara Şahverdiyan və digər üzvlər ermənistanlı həmkarların dəvəti ilə Ermənistanın paytaxtındadırlar.
Proqrama əsasən, nümayəndə heyətinin Ermənistan parlamenti və hökuməti rəsmiləri ilə görüş keçirməsi, eləcə də qarşılıqlı əməkdaşlıqla bağlı müxtəlif məsələləri müzakirə etməsi planlaşdırılır.
Səfərin yanvarın 15-dək davam edəcəyi qeyd olunub.