METBUAT.AZ

Dünya

İran XİN rəhbəri ABŞ-yə səfər edəcək

13 Yanvar 2025 16:11

İranın xarici işlər naziri Abbas Ərakçinin gələn həftə Nyu-Yorka səfəri planlaşdırılır.

Metbuat.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bakai yanvarın 13-də keçirdiyi mətbuat konfransında açıqlama verib.

Məlumata görə, nazirin səfəri BMT Təhlükəsizlik Şurasında (Nyu-York) xarici işlər nazirləri səviyyəsində keçiriləcək Fələstin mövzusundakı müzakirələrlə əlaqədardır.


metbuat.az.