METBUAT.AZ

İdman

​İsmail Kartal ilk matçında "Traktor"u məğlub edib

26 Yanvar 2025 23:06

Bir müddət əvvəl İran komandalarından “Persopolis”in baş məşqçilik vəzifəsinə gətirilən İsmail Kartal, klubla ilk rəsmi matçına çıxıb.

Metbuat.az apasport.az-a istinadla xəbər verir ki, türkiyəli mütəxəssisin rəhbərlik etdiyi komanda doğma meydanda Təbriz təmsilçisi “Traktor Sazi”ni qəbul edib.

Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, bu nəticə ilə “Persopolis” 33 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.


metbuat.az.