METBUAT.AZ

Dünya

İsrail hərbçisi iki yaşlı qızı güllələdi

26 Yanvar 2025 09:57

İsrail əsgərləri İordan çayının qərb sahilində Cenin şəhəri yaxınlığında iki yaşlı qızı güllələyiblər.

Metbuat.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Al Jazeera“ məlumat yayıb.

"İsrail əsgərləri Cenin şəhəri yaxınlığında reylər zamanı bir fələstinli uşağı güllələyiblər”, - məlumatda deyilir.

Qızın 2 yaşında olduğu qeyd edilir. O, başından aldığı güllə yarasından dünyasını dəyişib. Anası yüngül xəsarətlər alıb.

İsrail Müdafiə Qüvvələri araşdırmaya başlayıb.


metbuat.az.