15 Yanvar 2025 21:06
HƏMAS İsrail ordusunun Qəzza zolağındakı şəhər mərkəzlərindən çıxarılmasının yer aldığı xəritəni aldıqdan sonra razılaşma layihəsini qəbul edib.
Metbuat.az xəbər verir ki, HƏMAS-ın razılığı İsrail tərəfinə çatdırılıb. İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, İsrailin təhlükəsizlik kabineti və hökuməti atəşkəs və əsir mübadiləsi razılaşmasının müzakirə ediləcəyi görüş keçirəcək. İclasda Qəzzada atəşkəs və məhbusların mübadiləsi razılaşmasını dair səsvermə olacaq. Buna görə də, İsrailin bəzi nazirlərinin proqramlarını ləğv etdiyi bildirilib.
KAN-a danışan fələstinli mənbənin sözlərinə görə, atəşkəs danışıqlarında irəliləyiş əldə olunub, bütün məqamlar razılaşdırılıb və problemlər həll olunub.