METBUAT.AZ

İqtisadiyyat

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı

22 Yanvar 2025 10:18

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25% saxlanılması barədə qərar qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 8,25% saxlanılıb.

"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasətinin iqtisadiyyata ötürücülüyü nəzərə alınmaqla qəbul olunub", - AMB bəyan edib.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə martın 12-də açıqlanacaq.


metbuat.az.