METBUAT.AZ

Ölkə

Metroda gediş haqqı 55 qəpik olacaq? -

7 Yanvar 2025 14:13

"Metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırılmayıb".

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-dən məlumat verilib.

Bildirilib ki, Bakı Metropoliteni QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.

Qeyd edək ki, sosial şəbəkələrdə metroda gediş haqqının 50 qəpikdən 55 qəpiyə qaldırılacağı ilə bağlı iddia yayılıb.


metbuat.az.