METBUAT.AZ

Dünya

Monqollar da kütləvi nümayişə başladılar

11 Yanvar 2025 19:58

Monqolustanda etirazçılar Ulan-Batorun mərkəzi meydanına toplaşaraq prospekti bağlayıblar.

Metbuat.az bildirir ki, modern.az bu barədə Monqolustan mətbuatına istinadən xəbər verir.

Məlumata görə , mərkəzi meydandan keçən 15 avtobus marşrutu ləğv edilib.

Mitinq bu gün səhər, yanvarın 11-də Azadlıq Alyansı partiyasının rəhbərliyi ilə başlayıb. Yerli vaxtla saat 12:00-da meydanda 3 minə yaxın insan olub.

Nümayişçilər Monqolustan hakimiyyətini duman mübarizə aparmamaqda ittiham edirlər.

Azadlıq Alyansı Partiyası parlament üzvlərinə indiki Monqolustan hökumətinin istefası tələbi ilə 33 məktub göndərib.


metbuat.az.