METBUAT.AZ

Ölkə

Nazir 16 il rəis işləyən polkovniki işdən çıxardı

8 Yanvar 2025 19:05

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət polkovniki Dədəş Ataşov vəzifəsindən azad edilib.

Metbuat.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, o, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə işdən çıxarılıb.

D.Ataşovun yerinə Füzuli Yusif oğlu Talıbzadə təyin olunub.

Qeyd edək ki, Dədəş Ataşov 2008-ci ildən İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.


metbuat.az.