METBUAT.AZ

Ölkə

Nazirlik Gorandakı partlayış səslərinin səbəbini açıqladı

9 Yanvar 2025 19:25

Plana uyğun olaraq istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçirilir.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən bildirilib. Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.

Aparılan partlayış işləri yanvarın 11-dək davam edəcək.


metbuat.az.