METBUAT.AZ

Dünya

Qalmaqallı hərbi vəziyyətə görə 4 komandir vəzifədən uzaqlaşdırıldı

20 Yanvar 2025 20:04

Cənubi Koreyada Müdafiə Nazirliyinin nizam-intizam komitəsi qalmaqallı hərbi vəziyyətin tətbiqində şübhəli bilinən komandirlərə qarşı tədbir görüb.

Metbuat.az xəbər verir ki, hərbi vəziyyətin elan edilməsində rol oynamaqda günahlandırılan 4 yüksək rütbəli komandir vəzifəsindən azad edilib. Nazirliyin məlumatına görə, Yeo İn-hyung, Mun Sang-ho, Lee Jin-voo və Kvak Jong-keun-un vəzifələrindən uzaqlaşdırılıb.


metbuat.az.