7 Yanvar 2025 01:02
Braziliya HHQ-nin Aviasiya Hadisələrinin Təhqiqatı və Təqdim edilməsi Mərkəzi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qara qutularının açılması başa çatdırıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Braziliyanın G1 portalına qurumdakı mənbələr məlumat verib.
“İki qara qutudan məlumatların çıxarılması, toplanması və yoxlanılması başa çatıb”, – onlar bildiriblər.
“O Globo” qəzetinin qeyd etdiyi kimi, qurum artıq müvafiq məlumatı Astanaya göndərib.