METBUAT.AZ

Ölkə

Qazın təzyiqi aşağı düşərsə... -

22 Yanvar 2025 19:07

Bakının bir sıra ərazilərində, o cümlədən Xırdalanda, günün müəyyən saatlarında qaz təzyiqinin aşağı düşməsi müşahidə olunur. Bu hal xüsusilə qış aylarında, qaz tələbatının artdığı dövrlərdə daha çox yaşanır və sakinlər arasında narahatlıq doğurur. Problemin əsas səbəbləri arasında qazpaylama şəbəkəsinin yüklənməsi, texniki nasazlıqlar və köhnə infrastruktur yer alır.

Məsələ ilə bağlı "Azəriqaz" İB-nin mətbuat katibi Eldəniz Vəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda qazın təzyiqi ilə bağlı ciddi problem yoxdur. Ancaq müəyyən obyektiv və subyektiv səbəblərdən lokal olaraq hansısa ərazilərdə təzyiqin aşağı düşməsi kimi hal ola bilir:

“Bu hal ilə bağlı abonentlərimizin müraciət edirlərsə və yaxud “Azəriqaz” İstehsalat Birliyinin ərazidə çalışan əməkdaşları təzyiqin aşağı olması ilə bağlı hər hansı bir siqnal alırlarsa, dərhal yerli istismar sahəsinə məlumat verilir, əraziyə baxış keçirilir və təzyiqin normallaşdırılması istiqamətində hərəkətə keçirilir”.

Sevinc İbrahimzadə / Metbuat.az


metbuat.az.