12 Yanvar 2025 12:56
Qəzza zolağında məktəb binalarının azı 88 %-i İsrailin hücumları nəticəsində dağıdılıb və ya ciddi şəkildə zədələnib.
Metbuat.az "Report"a istinadən xəbər verir ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (HMƏİ) hesabatında bildirilir..
Məlumata görə, Qəzza zolağında İsrailin hücumları nəticəsində 564 məktəb binasından 496-sı (88 %) dağıdılıb və ya ciddi şəkildə zədələnib. Eyni zamanda, Fələstin anklavında binaların təxminən 69 %-i dağıdılıb və ya zədələnib.
HMƏİ daha əvvəl bildirmişdi ki, BMT 2024-cü il oktyabrın 6-dan dekabrın 15-dək İsrailin Qəzzada məktəblərə 95 hücumunu sənədləşdirib. Bu binaların əksəriyyəti məcburi köçkün fələstinlilər üçün sığınacaq kimi xidmət edirdi.