METBUAT.AZ

Dünya

Rusiya ordusu əks-hücuma keçdi

6 Yanvar 2025 22:51

Rusiya Ukraynanın Kurskdakı hücumlarına əks-hücumla cavab verib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, Rusiya ordusu Ukraynanın Kursk vilayətində qoşunlarının irəliləyişini dayandırmaq üçün əks-hücum əməliyyatına başlayıb. Müdafiə Nazirliyi, Ukrayna ordusunun Kurskda ümumilikdə 49 mindən çox əsgər və 273 tank itirdiyini iddia edib. Açıqlamaya görə, Kurskdakı əks hücumla yanaşı Rusiya ordusu Ukraynada irəliləyib. Müdafiə Nazirliyi Rusiyanın Donbassdakı strateji əhəmiyyətə malik Kuraxovo şəhərini nəzarətə götürdüyünü açıqlayıb.

Digər tərəfdən, Beynəlxalq Atom Enerjisi Agentliyi Zaporojya atom elektrik stansiyasının yaxınlığında güclü partlayışların olduğunu bildirib. Avropanın ən böyük atom elektrik stansiyasının təlim mərkəzinə pilotsuz təyyarə ilə hücum edildiyi açıqlanıb.


metbuat.az.