METBUAT.AZ

Dünya

​Rusiya ordusu Suriyada çətin duruma düşüb

12 Yanvar 2025 17:14

Ukrayna Baş Kəşfiyyat İdarəsinin (BKİ) məlumatına görə, Suriyada yerləşən rus hərbi kontingenti ciddi çətinliklərlə üzləşib.

Metbuat.az UNİAN agentliyinə istinadən xəbər verir ki, döyüşə yararsız və təmirə ehtiyacı olan bütün hərbi texnikaların rus əsgərlərinə yandırılması əmr edilib. Bundan əlavə, Rusiya donanmasının Tartus limanına daxil olması üçün hələ də icazə verilmir.

Məlumata əsasən, 2025-ci il yanvarın 9-da Rusiya kontr-admiralı Vladimir Varfolomeyev limanda danışıqlar aparmağa cəhd göstərib, lakin onun danışıqlarda iştirakına icazə verilməyib.

Hazırda Rusiya Federasiyasına məxsus "Sparta" yük gəmisi və böyük desant gəmiləri – "İvan Qren" və "Aleksandr Otrakovskiy" Tartus limanının kənarında yerləşir.


metbuat.az.