METBUAT.AZ

Dünya

Rusiya səmasında əzəli rəqabət -

6 Yanvar 2025 22:49

Rusiya hava məkanı növbəti dəfə qabaqcıl hücum və müdafiə sistemlərinin rəqabətinin şahidi olub.

Metbuat.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna qüvvələrinin 8 ATACMS raketi ilə Belqorod vilayətinə hücum etdiyini bildirib. Məlumata görə, bütün ATACMS raketləri S-400 və Pantsir-SM hava hücumundan müdafiə sistemləri ilə dəf edilib. Müdafiə Nazirliyi həmçinin 72 PUA-nın məhv edildiyi bildirib. Xarici KİV-lər yazır ki, Qərb Kiyevə uzaqmənzilli raketlərlə Rusiya ərazisinə zərbə endirməyə icazə versə də, ATACMS S-400 maneəsini aşa bilmir. Üstəlik, Moskva bu cür hücumlara “Oreşnik” hipersəs raketi ilə cavab verir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın ABŞ istehsalı olan ATACMS raketləri ilə hücumuna nüvə başlığı daşıya bilən “Oreshnik” ballistik raketi ilə cavab veriləcəyini bəyan etmişdi. Rusiyanın yeni silahı olan “Oreşnik”dən ilk dəfə Ukraynanın Dnepr şəhərindəki böyük müdafiə sənayesi Yujmaş obyektini vurmaq üçün istifadə edilib.


metbuat.az.