METBUAT.AZ

İdman

​"Şamaxı"nın Estoniya klubundan yeni transferi

4 Yanvar 2025 21:19

“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.

Metbuat.az modern.az-a istinadla xəbər verir ki, komanda yarımmüdafiəçi Murad Vəliyevi heyətinə qatıb. U-21 yığmamızın sabiq üzvü olan futbolçu ilə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı oyunçu Estoniyanın “Levadiya” klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Nomme Yunayted” klubunda çıxış edib.


metbuat.az.