METBUAT.AZ

Gündəm

Şəmsi Səmədzadə azadlığa buraxıldı

23 Yanvar 2025 12:11

Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə azadlığa buraxılıb.

Metbuat.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Ş.Səmədzadə bir neçə gün əvvəl sərbəst buraxılıb.

O, sayta açıqlamasında həbsinin səbəbləri barədə danışmayıb: “Əsas odur ki, azadlıqdayam. İşdir, iş olan yerdə də problemlər olur”.

Qeyd edək ki, Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmsi Səmədzadə Prezidentin əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılmışdı.


metbuat.az.