METBUAT.AZ

Dünya

Sərvətini heç vaxt getmədiyi qəsəbəsinə bağışladı

13 Yanvar 2025 22:45

Fransanın paytaxtı Parisdə yaşayan Rocer Tibervil sərvətini həyatında heç vaxt ziyarət etmədiyi Normandiyadakı qəsəbəsinə bağışlayıb.

Metbuat.az xəbər verir ki, Parisdə yaşayan meteoroloq Rocer Tibervil 91 yaşında vəfat edib. O soyadını doğma qəsəbəsi Tibervildən götürüb. Meteoroloqun sərvətini bağışlayacaq heç kimi olmayıb. O, 10 milyon avroluq sərvətinin çoxunu heç vaxt getmədiyi Tibervil qəsəbəsinə bağışlayıb. Bildirilib ki, bu pul şəhərin illik bələdiyyə büdcəsinin beş mislinə bərabərdir. Məlumata görə, yaşlı şəxs pulu olmasına baxmayaraq sadə həyat tərzi ilə seçilib. 1773 nəfər əhalisi olan qəsəbənin meri xalqın və səlahiyyətlilərin həm sevindiyini, həm də təəccübləndiyini bildirib. Yerli bələdiyyə pulu necə xərcləyəcəyini nəzərdən keçirir.


metbuat.az.