METBUAT.AZ

Gündəm

SİMA həmin mesajı niyə göndərib? -

9 Yanvar 2025 15:36

Bu gün SİMA İmza istifadəçilərinə "hfggf dfvdfv" mətnli mesaj göndərilib. Bu barədə vətəndaşlar sosial şəbəkələrdə paylaşım ediblər.

Metbuat.az-ın məlumatına görə, məsələ ilə bağlı SİMA açıqlama yayıb.

Qurumdan bildirilib ki, bu hal səhvən baş verib:

“Nəzərinizə çatdıraq ki, SİMA İmza tətbiqində bildiriş funksionallığının təkmilləşdirilməsi ilə bağlı bir sıra dəyişikliklər həyata keçirilir. Bu təkmilləşdirmə prosesi çərçivəsində bəzi istifadəçilərə səhvən test məqsədli bildirişlər göndərilib. Yaranmış narahatlıq üçün üzr istəyirik”.




metbuat.az.