6 Yanvar 2025 23:42
Şimali Koreya raket sınağı həyata keçirib.
Metbuat.az xəbər verir ki, Pxenyan orta mənzilli ballistik raket buraxıb. Bu barədə Yaponiya Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamada deyilir ki, raket Yapon dənizinə doğru buraxılıb. Məlumata görə, raket 1100 kilometr məsafə qət etdikdən sonra Yaponiyanın iqtisadi zonasından kənara düşüb. Raketin buraxılmasının ABŞ-ın dövlət katibi Antoni Blinkenin Cənubi Koreyada siyasi təmaslar apardığı vaxta təsadüf etməsi diqqət çəkib.
Məlumata görə, bu, Şimali Koreyanın yeni ildə buraxdığı ilk raketdir. Yaponiyə tərəfi raket sınağına görə, Şimali Koreyanı tənqid edib. Belə həmlələrin bölgədə gərginliyi artırdığına diqqət çəkilib.