METBUAT.AZ

Ölkə

Sumqayıtda ağır qəza, 2 ölü, 3 yaralı

16 Yanvar 2025 22:41

Sumqayıtda 2 nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıtın Sülh küçəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobillə "KİA" markalı avtomobil toqquşub. Nəticədə 2 nəfər hadisə yerində ölüb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.


metbuat.az.