METBUAT.AZ

Dünya

​Suriya hakimiyyəti fotoda qadın nazirin üzünü gizlətdi

5 Yanvar 2025 20:31

Suriyanın yeni hakimiyyət orqanlarının Dəməşq görüşündən sonra dərc etdiyi fotoda Almaniyanın xarici işlər naziri Annalena Berbokun üzü blur edilib.

Metbuat.az “Qafqazinfo”ya istinad xəbər verir ki, Almaniyanın “N-tv” telekanalı buna diqqət çəkib.

Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ötən gün Dəməşqdə Suriyanın lideri Əhməd əl-Şara ilə görüşüb. Görüş zamanı Əhməd əl-Şara qadın nazirin əlini sıxmayıb.


metbuat.az.