METBUAT.AZ

Gündəm

Təyyarə qəzasında yaralanan ər-arvaddan

9 Yanvar 2025 14:21

Dekabrın 25-də Aktau yaxınlığında təyyarə qəzasında yaralanan Nurulla Siracov həyat yoldaşı Müslümət Siracovanı ziyarət edib.

Metbuat.az xəbər verir ki, bununla bağlı həkim Fəxriyyə Quliyeva "Instagram" hesabında paylaşım edib.

Onlar Yeni Klinikada müalicə olunublar. Nurulla Siracov həkimlərin köməyi ilə ayaqlanaraq yoldaşını palatada görməyə gedib. Müslümət Siracovanın müalicəsi ilə uzman Dr. Emil Qasımov məşğul olub, hazırda vəziyyəti qənaətbəxdir.

Xatırladaq ki, Zaqatala rayon sakinləri olan Nurulla Siracov təyyarə qəzasından sonra həyat yoldaşından xəbər ala bilməyib, qəzadan 3 gün sonra isə Müslümət Siracovanın sağ olduğu ortaya çıxıb.

Sevinc İbrahimzadə / Metbuat.az


metbuat.az.