14 Yanvar 2025 23:19
Rusiya Yaxın Şərqdən ayrılmayacaq.
Metbuat.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. Lavrov paytaxt Moskvada keçirdiyi mətbuat konfransında Rusiya diplomatiyasının 2024-cü ildəki fəaliyyəti barədə açıqlama verib. O bildirib ki, Rusiya Suriyadakı vəziyyətin yaxşılaşdırılması səylərində faydalı olmaq istəyir. Lavrovun sözlərinə görə, Suriyada bəzi hadisələr baş verib. Bunun səbəbi 10 ildir siyasi prosesin ləngiməsidir. Keçmiş Suriya rəhbərliyini Konstitusiya Komitəsinin işinə yenidən başlamağa təşviq etdiklərini deyən Lavrovun sözlərinə görə, Dəməşq rəhbərliyi komitənin işləməsini, bəzi razılaşmalar əldə etməsini və hakimiyyətin terrorçu olmayan müxalif qüvvələrlə bölüşdürülməsini istəmirdilər.
ABŞ-nin Suriyanın şərqindəki torpaqları işğal etdiyini deyən Lavrov, "Bu bölgədə neft yataqları var. Bu bölgədə əldə edilən qaynaqlar Suriyanın şimal-şərqindəki separatçı ünsürlərə dəstək üçün istifadə olunur. Suriyadakı kürdlərə Dəməşqlə vasitəçikilik təklif etmişdik. Onlar bunu istəmirdilər. Deyirdilər ki, amerikalılar orada olacaq və yarıdövlət quracaqlar. Biz həmişə onlara deməyə çalışmışıq ki, Türkiyə və İraq kürd dövlətinin qurulmasına imkan verməyəcək” - deyə bildirib.