METBUAT.AZ

İdman

UEFA reytinqi açıqlandı -

24 Yanvar 2025 10:44

UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməz qalıb.

Metbuat.az xəbər verir ki, Avropa Liqasının Liqa mərhələsinin VII turunda Rumıniya təmsilçisi FCSB-yə 2:3 hesabı ilə məğlub olan “Qarabağ” ölkənin əmsalını artırmağa nail olmayıb.

Bu nəticədən sonra Azərbaycan 19.625 xalla siyahıda 28-ci sırada qərarlaşıb. Əmsalı eyni (19.625) olan Bolqarıstan isə 27-ci pillədədir.

Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya 102.839 xalla İngiltərə başçılıq edir.


metbuat.az.