12 Yanvar 2025 09:38
NASA-nın “Landsat” 8 və 9 peykləri, Xəzər dənizində tez-tez su üzərinə çıxıb yenidən yoxa çıxan müəmmalı bir adanın görüntülərini qeydə alıb.
Metbuat.az Musavat.com-a istinadən xəbər verir ki, alimlər tərəfindən “Görünməz Ada”, yaxud "Kabus" adlandırılan bu geoloji fenomen 2023-cü ilin əvvəlində Kumani palçıq vulkanının püskürməsi nəticəsində meydana gəlib.
2024-cü ilin sonunda ada yenidən su səthindən itərək, alimləri çaşqın qoyub. Bu qeyri-adi hadisə Xəzər dənizində əvvəllər də müşahidə olunmuş və əsasən Kumani vulkanının fəaliyyətinə bağlı olduğu təsdiqlənib.
Araşdırmaçılar, vulkanın bu unikal coğrafi dəyişikliklərə səbəb olan dinamikası üzərində çalışaraq, adanın yenidən üzə çıxma ehtimalını öyrənməyə davam edirlər.