11 Yanvar 2025 11:02
Azərbaycan Xarici İşlər Nazirliyi Kaliforniyada meşə yanğınlarında həlak olanlarla bağlı ABŞ hökümətinə və xalqına başsağlığı verib.
Metbuat.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“ABŞ-nin Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş dağıntılar bizi dərindən kədərləndirir. ABŞ hökumətinə, xalqına və qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzu edirik”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, Kaliforniyada meşə yanğınları yanvarın 7-dən davam edir. Hadisə nəticəsində 10 nəfər həlak olub.