7 Yanvar 2025 12:01
Son məlumatlara görə, insan metapnevmovirusu (hMPV) Çində geniş yayılaraq Qazaxıstan və Qırğızıstana da keçib.Bu virus tənəffüs yollarını zədələyir və əsasən damcı yolu ilə ötürülür.Xüsusilə uşaqlar və immuniteti zəif olan şəxslər arasında sürətlə yayılır. Mövsümi xarakter daşıyan bu virus qripəbənzər simptomlarla özünü göstərir.
Bəs Azərbaycanda metapnevmovirusa yoluxma faktı qeydə alınıb?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, qeyd edilən virusa ölkəmizdə yoluxma qeydə alınmayıb.
Sevinc İbrahimzadə / Metbuat.az